31 dekabr 2015 12:00

Roman Qriqorçuk: Qəbələ ilə müqavilə müddətini məmnuniyyətlə uzatdım

“Qəbələ” baş məşqçi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Azerisport.az xəbər verir ki, yeni anlaşmaya görə, 50 yaşlı ukraynalı mütəxəssis daha bir il bu klubda çalışacaq.

Yəni əvvəlki müqaviləsi cari mövsümünün sonunda başa çatan Qriqorçuk 2016/17 mövsümündə də “qırmızı-qaralar”a başçılıq edəcək. Onun klubla anlaşması 2017-ci ilin iyun ayında başa çatacaq.

Roman İosifoviç “Qəbələ İK”ya açıqlamasında yeniliklə bağlı fikirlərini söyləyib: “Qəbələ”ylə müqavilə müddətini böyük məmnuniyyətlə uzatdım. Anlaşmanın qalan müddətində komandanın inkişafı üçün yaxşı işlər görmək mümkündür və buna nail olacağımıza inanıram. Mən çox istəyirəm ki, “Qəbələ”ylə daha yüksək səviyyəyə çıxaq. Biz qarşımızda duran yüksək məqsədləri görürük. Onu da başa düşürük ki, buna çatmaq üçün çox güclü sistem yaratmalıyıq. Elə bir sistem ki, bunun sayəsində komanda uzun müddət yüksək nəticələr əldə edə bilsin. Əlbəttə, bunun üçün ilk növbədə sabit komandamız olmalıdır. İşlər elə qurulmalıdır ki, nəticə davamlı olsun. Bütün bunları çətin də olsa həyata keçirməliyik. Qarşıya qoyulan əsas məqsədlərdən biri də “Qəbələ”yə tarixində ilk titulu qazandırmaqdır. Əlbəttə, mən bunu çox istəyirəm və istəyimi gerçəkləşdirmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, komanda Qriqorçukun rəhbərliyi ilə 2014/15 mövsümündə Premyer Liqamızda bürünc mükafat qazanıb. Tarixində ilk dəfə avrokuboklarda mərhələni Roman İosifoviçin başçılığı ilə keçən “Qəbələ” UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.