31 dekabr 2015 11:00
Rasim Ramaldanov: Qışdan sonra ölkə xaricində oynaya bilərəm
"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Rasim Ramaldanov bəyan edib ki, karyerasını ölkə xaricində davam etdirə bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, heç bir yenilik yoxdur. Amma hər şeyin yaxşı olacağına çox ümid edirəm. Allah eləsin ki, tezliklə bir klubla müqavilə imzalayım. Legioner ola bilərəmmi? Hələ heç nə məlum deyil. 2-3 günə hər şeyə aydınlıq gələcək. Mümkündür ki, qışdan sonra ölkə xaricində oynayım".
