30 dekabr 2015 13:30
Sumqayıtın 5 futbolçusu milli komandalarımızda
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası 2016-cı ilin yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, bu səbəbdən, "Sumqayıt"ın 3 futbolçusu - Şahrudin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev yığmanın düşərgəsinə dəvət alıb.
Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası 2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq turnirə qatılacaq. Klubun 2 futbolçusu - İsmayıl Babayev və Ricat Qarayev U-17-nin heyətində yer alacaq.
