30 dekabr 2015 12:30

Premyer Liqamızın xarici görünüşü

Öncә onu qeyd etmәk istәrdim ki, standart futbol analizi xarakterli yazı yazmaq mәqsәdindә deyilәm. Bunu bacaran onlarla, yüzlәrlә, hәtta minlәrlә adam var ölkәmizdә. Sadәcә, bir qәdәr fәrqli prizmadan yanaşmaq istәyirәm. Sәbәb isә sırf şәxsi gördüklәrim vә marağımdır. Yazım qış fasiləsinə qədər gördüklərimdən bəhs edir.

Canlı olaraq matçların hesablarını göstərən hər hansı bir veb səhifədə Azərbaycan bölməsinə daxil olduğumuz zaman liqamızın 10 komandadan ibarət olması elə də xoş təsir bağışlamasa da, xarici vətəndaş kimi nəzər yetirsək, az da olsa, maraq doğurar. Bir klub rəqibi ilə mövsüm ərzində 4 dəfə qarşılaşır, 5, 6-cı yerlərin sahibi ön pillələrdəki rəqiblərindən xal ala bilir və s. Klublarımızın adları da әcnәbilər tərəfindən başa düşülmədiyi üçün maraqlı gələ bilər. Hamı üçün deyilişi çətin olan bir xüsusi isim maraqlı gələ bilər. Eləcə də bizdə: "Gabala", "Khazar Lenkoran" kimi.

Futbol oyununun görüntüsünü qiymətləndirmək üçün üsulumuz var: televiziya ilə və stadiondan canlı izləməklə. 1-cisindən başlayaq.

Məlum olduğu kimi mövsümün әvvәlindә Premyer Liqamızın televiziya ilə yayım hüququ uzun müddət "İdman Azərbaycan" kanalının hegemonluğundan sonra tenderdə 700 000 manat qarşılığında "CBC" telekanalına satıldı. Onların söz verdiyi kimi, artıq milli çempionatımız da 8-12 rakursdan quraşdırılan kameradan yayımlanır. Yəni ötən illərdəki mübahisəli epizodun təkrarı ilə bağlı əziyyət çəkməli olmayacağıq. Hərçənd beynəlxalq oyunlar və reytinqli çempionatların oyunları 35, 40-a qədər kamera ilə çəkilir, amma bu da bizi qane edir deyə bilərik. Rakurs sayından əlavə keyfiyyətli görüntünü də hiss etdik. Adi futbol azarkeşinə belə matçın gedişində epizodun "slowmotion" keyfiyyətlə təkrarını görmək zövq verir. Monitorda hesab və vaxtın göstəricisi, eləcə də oyunçu dəyişikliyi, oyunçuların cəzalanması zamanı istifadə edilən kompüter qrafikası da pis təsir bağışlamır. Futbolumuzda ixtisaslaşmış teleyayım yavaş-yavaş hiss olunur. Ümid edirik, daha da artacaq.

Stadionlarımız. Fikirləşirik ki, hər klubun ev oyunlarını keçirməyə öz stadionu var. Ancaq tabloya baxaq, 10 klub olduğu üçün sıxıntı olmadı bu barədə. Ancaq əvvəlki illərdəki kimi say artıq olsaydı, bəlkə də problem yaşana bilərdi. Önümüzə açılan mənzərələr görünüş cəhətdən pis deyil. "Bakcell Arena" sırf "Neftçi"yə aid olmasa da, adətən flaqman öz oyunlarını orada keçirir. Və mən orada keçirilən matçlara canlı baxanda xoşuma gəlir deyə bilərəm. İstər yerli, istərsə də beynəlxalq oyunlarda. Həm qazon, həm də tribunalar futbol zövqü üçün hazırlanıb. "Qarabağ" klubu isə ev oyunlarını bu mövsümdən etibarən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirir. Rəy bildirmək hələ tezdir, amma yenilənmiş stadionun ilk baxışdan ürəyə yatımlı görüntüsü var. Bir məqamı da qeyd edim ki, artıq deyəsən bizdə iki tərəfi açıq, iki tərəfi qapalı və ya 1-in 3-ə nisbətdə stadionlar dəb halına gəlib. Misal olaraq Suraxanı stadionu, "AZAL Arena", Zaqatala şəhər stadionu, "İnter Arena", Sumqayıt şəhər stadionu, Zirə qəsəbə stadionu və s. kimi stadionlar. Saydıqlarımın hamısında ya meydançanın 1 tərəfi boyu tribuna var, ya 2, ya da 3. Yəni boş sahəli stadionlardır. Bu da futbola baxan və ya meydanda oynayan futbolçularda ürək sıxıntısı yaradır. "Bakcell Arena", Lənkəran şəhər stadionu, "Dalğa Arena" bu cəhətdən yaxşı dəyərləndirilir. Ancaq Tofiq Bəhrəmov adına Respublika Stadionu və Gəncə şəhər stadionu stadionlarını qeyd etmədim. Çünki futbol dünyasında birmənalı olaraq heç kimə olimpiya məqsədi ilə tikilən stadionlar xoş gəlmir. Ot örtüyünə qaldıqda isə həmişəki kimi süni örtüklü meydanlar üstünlük təşkil edir. Futbola baxanda ot örtüyü ilə süni örtüyün fərqini hamı hiss edə bilmir. Görünüşə görə demirəm, amma ot olsa, əla olar.

Stadionlarda oyunun gedişatı zamanı reklam və bannerlərə də fikir vermək lazımdır. Bu sahədə çox kasadıq. Sadəcə, kluba maliyyə dəstəyi verən 3-4 müxtəlif növdə reklam olur. Və boşluqlar da kifayət qədər nəzərə çarpır. Bir vaxtlar elektron lövhələr var idi, ancaq onları da mərkəzi arenadan yığışdırdılar.

Klublarımızın loqolarından mövzu açsaq, qәnaәtbәxş qiymәtlәndirә bilәrik. Fikirlәşirәm ki, kor-koranә yaradılmış loqolar deyil (atlar, neft buruğu, gәmi lövbәri, dağ vә s.). Ölkәmizә yad şәxs kimi nәzәr yetirsәk, maraqlı emblemlәr alınıb.

Futbola baxdığımız zaman təbii ki, ən diqqət çəkən məqam komandaların geyimi olur. Bu mövzuda klublarımızın fəaliyyəti məni qane etmir. Xaricə nəzər yetirsək, klublar ev, səfər formalarının dizaynına böyük önəm verirlər. Bu da klubun maliyyə durumu ilə əlaqədar vəziyyətdir. Bizdə isə klublar nəinki forma satışından gəlir əldə edir, heç buna ümid də etmir. Ona görə forma dizaynına xüsusi fikir verən yoxdur. Elə hər il standartlar çərçivəsində forma geyinirlər.

Forma analizinə son çempion "Qarabağ"dan başlayaq. İllərdir eyni firma, eyni forma, eyni rəng, eyni dizayn. Fərq isə "Azərsun" loqosunun dəyişimindədir. Bu mövsüm üçün dizayn edilən 3-cü formanı yaxşı kimi qiymətləndirə bilərəm. Digər klublardan seçilən isə "Qarabağ" klubunda nömrələr və adların fərqli formada yazılmasıdır. Bu da yaxşıdır. "Qarabağ" üçün sadaladıqlarımı "İnter"ə də şamil edirəm. Neçə mövsümdür ki, "Umbro" firmasına eyni cür oyun formalar sifariş edir.

"Qəbələ" artıq hər il ayrı firmayla anlaşmaq ənənəsinə sadiq qalmır. "Joma" firmasının dizayn etdiyi formalar yəqin onların xoşlarına gəlib ki, 2-ci mövsümdür eyni firmadan geyinir. Halbuki, bu, "Qəbələ"dən gözlənilməz bir qərardır. Gec dә olsa, yeni formalardan istifadәyә keçdilәr. Bu dәfә damalar yanda yox, sinәdә üfüqi vәziyyәtdә yerlәşir. Çiyinində isә ay-ulduz dәyişmәz olaraq qalıb. Xarici formalarla müqayisә etsәk, geri qalmır desәk, yanılmarıq.

"Neftçi" də hər il olduğu kimi, bu il də əsas oyun forması kimi ağ-qara dizaynda forma geyinir. Sadəcə SOCAR-ın loqosu və "Adidas"ın mövsüm dizaynı dəyişdiyi üçün nisbətən fərqli görünür. Mövsümün gedişatında isә "Asan Xidmәt"lә müqavilә imzalandığına görə, formanın önündә artıq SOCAR yox, "Asan Xidmәt" yazısı vә loqosu yer alır. Səfər forması isə elə keçən ilki qırmızıdır. Ancaq "Neftçi" hər il son model geyimlər sifariş etdiyi üçün alqışa layiqdir. Eləcə də "Xəzər Lənkəran". Onlar da hər mövsüm ən son "Puma" istehsalı forma və geyim dəstlərindən istifadə edirlər. Ancaq standartdan kənara çıxmaqdan söhbət belə gedə bilməz. Yaşıl və ağ. Başqa heç nə.

Standart sözü bu mövsümə qədər AZAL-a da aid edilirdi. Ancaq AZAL-ın əsas geyindiyi ağ formaya fikir versəniz, görərsiniz ki, önündə göy rəngin çalarlarından ibarət nəsə yaradıblar. Fәrqlidir. "Sumqayıt" klubunu da standartdan sayaraq əlavə heç nə yazmıram.

Bu il əsas dəyişiklikləri Premyer Liqaya yeni yüksələn klublarda görmək olar. "Kəpəz"in "Adidas"dan sifariş etdiyi formalar xoşagəlimli və fərqlidir. Onu da qeyd edim ki, Azərbaycanda "Kəpəz" kimi əsas rəngləri sarı, göy olan başqa klub yada salmaq çətindir.

Yeni gələn "Zirə" isə "Kappa" firmasına müraciət edib. Onlar da Azərbaycandakı çox klub kimi ağ, mavi rəngdən istifadə edir. "Zirə" klubunda diqqət çəkən məqam formalarında və stadionlarında reklam müxtəlifliyin daha zəngin olmasıdır.

"Rəvan" isə artıq "Umbro" firmasına müraciət edib. Ənənəvi, türklər demiş, sarı-qırmızı çubuqlu formaları var.

Bir müsbәt hal da qeyd edim ki, ötәn mövsüm olduğu kimi bu mövsüm dә (5-6 tur sonra) klubların oyun formasında, qol hissәdә Topaz Premyer Liqasının loqosu әks olunur. Fikir versәniz, hәr beynәlxalq turnirdә, reytinqli çempionatlarda belәdir.

Oyun başladısa, diqqət daim topda olur. Top hara gedirsə, kamera da onu çəkir. Gözümüz topda olur. Deməli, topa da fikir vermək lazımdır. Topun öz gözəlliyinə. Artıq neçə mövsümdür ki, AFFA-nın qərarı ilə çempionatımız "Adidas" topları ilə oynanılır. Və bu toplar hər mövsümün öz modelinə görə dəyişir. Ötən mövsüm müəyyən ölkələrdə olduğu kimi, bizdə də DÇ-2014-də oynanılan "Brazuca" toplarından istifadə edilirdi. Lakin artıq həmin ölkələrin demək olar ki, hamısı toplarını dəyişib, bircə biz qalmışıq. Məncə, artıq biz də yenilik etməliyik. Yəqin, növbəti mövsümdən belə olar.

Hakimlərə də diqqəti yaddan çıxarmamışam. Azərbaycanda hakimlər beynəlxalq oyunlardakı hakim geyimlərindən istifadə etdiyi üçün deyə bilərəm ki, bir neçə mövsüm geridə qalmışıq. Bu dizaynda hakim formalarından 3-4 mövsüm əvvəl istifadə edilirdi. Bu məsələ nәdәnsә, Hakimlәr Komitәsinin diqqətindən kənar qalıb.

Azərbaycan futbolunun bəlkə də ən gizli, yaralı yerinə də toxunuram. Xərək məsələsi. Yaxşıdır, futbolçu zədələnəndə həkim meydana daxil olur, ilkin tibbi müdaxilə edir. Ancaq zədə ciddi olanda problemimiz daha qabarıq nəzərə çarpır. Biz azyaşlı uşaqlardan nə vaxta qədər xərək daşıyan kimi istifadə edəcəyik? Axı heç yerdə belə şey yoxdur. Normal ölkələrdə tibbi personallar, ya da bu vəzifəyə təyin olunmuş, futbolçunu daşıya biləcək gücü olan orta yaşlı insanlar icra edirlər. Bizdə buna əvvəllər təkcə "Bakı" klubu fikir verirdi. Ancaq onların da "Acıbadem" xəstəxanası ilə müqaviləsi bitəndən sonra vəziyyət pisləşdi. Mən həmişə bir tamaşaçı kimi oyuna baxanda, 4 uşağın xərək daşıyan vәzifәsindә meydana girməsinə görə legioner futbolçulardan belə utanıram. Halbuki, bunun mәnә aidiyyatı yoxdur və mәn utanmamalıyam. Bu, tәşkilatçılığın hәrtәrәfli yaxşı nizamda olmamasının göstәricisidir.

Şahin Hüseynov, “Zirə” klubunun əvəzedici heyətində və U-19 komandasında qapıçılar üzrə məşqçi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.