30 dekabr 2015 00:15
Amil Yunanov: Sumqayıtda qalacağam
"Sumqayıt"ın yarımüdafiəçisi Amil Yunanov bəyan edib ki, son dövrlərdəki inamlı çıxışına baxmayaraq, ona digər klublardan heç bir təklif gəlməyib və indiki komandasında qalacaq. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə digər klublardan heç bir təklif gəlməyib. Fikrimcə, "Sumqayıt"da oynamağa davam edəcəyəm. Qol vurmağa və komandama kömək etməyə davam etmək istəyirəm".
