30 dekabr 2015 00:05
Allahverdiyev hələ də Xəzər Lənkərana qayıtmaq eşqi ilə yaşayır
Azərbaycan yığmasının sabiq müdafiəçisi Elnur Allahverdiyev hələ də "Xəzər Lənkəran"a qayıtmaq ümidi ilə yaşayır. Azerisport.az xəbər verir ki, xeyli müddətdir yaşıl meydanlardan kənarda qalan futbolçu sabiq klubuna dönmək istəyir. Amma o, bunun üçün cənub klubunda maliyyə baxımından vəziyyətin düzəlməsini gözləyir.
