29 dekabr 2015 17:00
İnter daha bir Almaniya klubu ilə qarşılaşacaq
"İnter" Antalya toplanışı zamanı qarşılaşacağı daha bir rəqibinin adını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın "Vakker Nordhauzen" klubu ilə üz-üzə gələcək.
Sözügedən komanda Almaniyanın regional liqalarından birində çıxış edir. "İnter"in bu rəqiblə görüşü yanvarın 23-də baş tutacaq. Bu barədə Almaniya klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, "İnter" Türkiyədə Almaniyanın "Verder" klubunun ikinci komandası ilə də görüşəcək.
