29 dekabr 2015 15:40
Neftçinin 4 futbolçusu Azərbaycan yığmasında
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə “Neftçi”nin əsas heyətinin 4 futbolçusu – Elşən Abdullayev, Məqsəd İsayev, Rahil Məmmədov və Fəhmin Muradbəyli dəvət olunublar.
