29 dekabr 2015 14:20

Vəli Qasımov: Neftçi belə bir turnirdə iştirak etməyə hazırdır

"Neftçi"nin idman direktoru Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Komandanın qış hazırlıq planına tam aydınlıq gəlib?
- Prinsipcə, qış hazırlıq planımız olduğu kimi qalır. Sadəcə, bunun üçün heç bir yerə getməyəcəyik. Komanda yanvarı 4-5-də bir araya gələcək. Bir neçə yoxlama oyunu keçirəcəyik. Məsələn, yanvarın 23-də "Kəpəz"lə qarşılaşacağıq.

- "Neftçi"nin ölkə xaricinə təlim-məşq toplanışına yollanmaqdan imtinası birmənalı qarşılanmadı. Bu, mövsümün qalan hissəsinə daha yaxşı hazırlaşmağınıza problem yaratmayacaq?
- Problem olmayacaq. Burada da yüksək səviyyəli toplanış keçəcəyik. Əlbəttə, Antalyaya getməyimiz daha yaxşı olardı. Çünki orada daha çox sınaqçı-rəqib tapmaq olur. Amma nə etmək olar. Özümüzə Bakıda rəqib tapmalıyıq. Hansı ki, digər klubların da əksəri elə ölkə daxilində toplanış keçməyə qərar verib.

- AFFA ölkədə qalacaq klublar arasında mini turnir keçirmək fikrindədir...
- Bu barədə eşitmişəm. Belə bir turnir keçirsələr, yaxşı olar. Belə bir turnirdə iştirak etməyə hazırdır.

- Komandadan kimlərin gedəcəyi dəqiqləşib?
- Bu barədə konkret qərar yoxdur. Belə bir qərar bu həftə verilməlidir. Ancaq onu deyə bilərəm ki, Peskoviçlə Jayronun müqavilə müddəti başa çatıb. Amma hətta onların da məsələsi açıq qalır.

- Bəzi legionerlərdən də imtina etməyiniz mümkündür?
- Hələ ki, bu barədə düşünmürük. Hər şey o dərəcədə pis deyil ki, legionerlərdən imtina edək.

- Amma çox da maliyyə vəsaiti tələb olunmayan Türkiyə toplanışından imtina etdiniz...
- Bizim Türkiyəyə getməkdən imtina etməyimiz komandanın mövsümün qalan hissəsinə pis hazır olacağından xəbər vermir. Yüksək səviyyədə toplanış həyata keçiriləcək. Komandamız qarşıya qoyulan hədəfə çatmağa hazır olmalıdır.

- Manatın devalvasiyası bu mənada ciddi təsirini göstərməyəcək?
- Xeyr. "Neftçi" həmişəki kimi, avrokuboklara vəsiqə qazanmağa köklənib. Klubun yeni bazasının inşası davam edir. 2017-ci ildə onun istifadəyə verilməsi gözlənilir.

- Səlahət Ağayevin "Neftçi"yə keçəcəyi barədə xəbərlər doğrudur?
- Hələ bununla bağlı konkret danışığımız olmayıb. Amma hər şey mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.