29 dekabr 2015 14:00
Sumqayıt Vaqif Cavadovu alır
"Sumqayıt" Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovu heyətinə qata bilər. Azerisport.az saytına açıqlamasında komandanın baş məşqçisi Samir Abasov hazırda bu forvardla danışıq apardıqlarını gizlətməyib:
"Hazırda Vaqif Cavadovla danışıq aparırıq. Bu gün axşama qədər bütün məsələlərə aydınlıq gəlməlidir. Belə təcrübəli futbolçunun komandamıza çox böyük faydası dəyər".
Qeyd edək ki, son olaraq "Qəbələ"də çıxış edən Vaqif qış fasiləsinə çıxan kimi sözügedən klubdan da ayrılıb.
