29 dekabr 2015 12:00

Rauf Əliyev: Qarabağın bu mövsüm rəqibi yoxdur

"İnter"in hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- "İnter" üçün geridə qalan ili necə dəyərləndirərdiniz?
- Qışa qədər klub çox ağır vəziyyətdə idi. Amma mənə elə gəlir ki, bütün problemlərə baxmayaraq, komandamız mövsümün geridə qalan dövrünü çox uğurlu keçirdi.

- Hansı oyun "İnter" üçün daha uğurlu, hansı uğursuz alındı?
- Belə oyunları ayrıca xatırlaya bilmərəm. Uğurlu oyunlarımız da çox oldu, uğursuzlar da. Bir sözü deyə bilərəm ki, hər oyunda uğurlu nəticə üçün mübarizə apardıq.

- "İnter" "Qarabağ"la çempionluq uğrunda mübarizə aparır, ya ağdamlıları indidən çempion elan etmək olar?
- Bircə şeyi dəqiq bilirəm ki, "Qarabağ"ın bu mövsüm doğrudan da rəqibi yoxdur. Bu komanda ilə rəqabət aparmaq çox çətindir. Çempionluq şansı ən çox məhz Ağdam klubundadır.

- Zədə bizim "İnter"də əvvəlki Rauf Əliyevi görməyimizə mane oldu...
- Nə etmək olar? Tədricən əvvəlki formamı bərpa etməyə çalışırdım. Amma təəssüf ki, ağır zədə aldım. Görünür, qismət belə imiş. Səbr etməli, yenidən əvvəlki formamı bərpa etmək üçün çalışmalıyam. Baxmayaraq ki, mənə çox çətin olacaq.

- Sizi nə vaxt yaşıl meydanda görəcəyik?
- Allahın köməyi ilə, təxminən 3-4 aydan sonra qayıdacağam.

- "İnter"in artıq yeni prezidenti var. O, sizinlə görüşüb, hansısa vədlər verib?
- Klub prezidentinin komanda ilə görüşü olmayıb. Amma o, əvvəllər bizim məşqlərimizə gəlirdi və təbii ki, futbolçularla da görüşürdü.

- "İnter"in maliyyə durumunun qaydasında olmadığı bəllidir. Üstəlik, siz də zədəlisiniz. Təsadüfən, buna görə pulunuzu kəsməyiblər ki?
- Xeyr. Bu klub üçün oynadığım vaxt zədələnmişəmsə, indi "İnter" niyə maaşımı kəsməlidir ki? Hər şey qaydasındadır, pulumu da alıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.