29 dekabr 2015 11:20
Çernomoretsin sabiq qapıçısı Azərbaycan klubunda oynaya bilər
Ukraynanın "Çernomorets" klubunun sabiq qapıçısı Yuri Martışuk karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, hazırda azad agent statusu daşıyan futbolçunun meneceri Aleksandr Pankov Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
"Hazırda Avropanın bir neçə klubu ilə danışıqlar aparırıq. Bunların arasında Slovakiya və Çexiya klubları var. Həmçinin Azərbaycan klubu ilə də danışıq aparırıq".
