29 dekabr 2015 00:20
Rasim Ramaldanov: Hələ ki, heç bir klubla danışıq aparmıram
"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Rasim Ramaldanov hələ də özünə yeni klub tapmayıb. Millimizin də şərəfini qoruyan futbolçu azerisport.az saytına açıqlamasında hələ ki, heç bir klubla danışıq aparmadığını bəyan edib:
"Hansısa kluba keçsəm, bundan hamı kimi, sizin də xəbəriniz olacaq. Amma hələ ki, yeni bir xəbər yoxdur".
