28 dekabr 2015 17:30

Tahir Süleymanov: İkili müqavilədən imtina etməyin vaxtıdır

Sabiq FİFA referisi, "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- Sizcə, manatın devalvasiyası Azərbaycan futboluna nə dərəcədə təsir göstərəcək?
- Bunun istisnasız olaraq, bütün klublara təsir edəcəyi şübhəsizdir. Jurnalistlərdən tutmuş klub rəsmilərinə qədər hər kəs bunu hiss edəcək. Son illərdə ölkə futbolunda yüz milyon dollarlarla pul xərclənib. Amma bunun müqabilində "Qarabağ", "Neftçi" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində oynamasından başqa uğurumuz olmayıb. Halbuki, həmin pullarla düzgün idarəçilik sayəsində bu klublar 50 il dolana bilərdilər.

- Sizcə, futbolumuzun əsas problemi nədədir?
- Birmənalı olaraq, futbolçularla ikili müqavilələrin imzalanması. Demək olar ki, bütün klublarımız bu baxımdan problemlə üzləşirlər. İkili müqavilədən imtina etməyin vaxtıdır.

- Zəhmət olmazsa, bu "ikili müqavilə"nin nə demək olduğunu oxucularımız üçün izah edərdiniz...
- Birinci müqavilə PFL-ə təqdim etmək üçün imzalanır ki, onun əsasında həmin futbolçulara daxili yarışlarda iştirak etməyə imkan yaradır. İkinci müqavilə isə futbolçu ilə klubun öz arasında imzalanandır. FİFA-ya da məhz klubla futbolçu arasındakı müqavilə göndərilir. Bu təcrübədən təkcə bizdə istifadə olunmur. Amma nəyə görə sıravi Azərbaycan vətəndaşları vergi ödədiyi halda, Reynaldo və Dodo ödəməməlidir? Axı onlar bu ölkədə daha çox pul qazanırlar.

- Devalvasiya davam etsə, futbolumuzun aqibəti necə olacaq?
- Son illərdə Azərbaycanda 15-16 klub dağılıb. Məgər onlar devalvasiyaya görə dağılıb? Klublar düzgün idarə olunmayandan sonra onun dağılması üçün devalvasiyaya ehtiyac yoxdur.

- "Neftçi" bu qış Türkiyəyə getməyə hazırlaşsa da, devalvasiyadan sonra böyük ehtimalla bu planlarında dəyişiklik edəcək. Yəni, doğrudan da bu klubda vəziyyət o qədər pisdir?
- Hər şeyin o dərəcədə pis olduğunu deməzdim. Türkiyədə təlim-məşq toplanışı təşkil etmək üçün o qədər də böyük məbləğə ehtiyac yoxdur. Sadəcə, klubların bəzisi hazırda turnir cədvəlindəki mövqeyinə uyğun addımlar atır. Onlar xaricdəki təlim-məşq toplanışına vəsait ayırmağı yersiz hesab edirlər. Yəqin ki, bununla həm də özləri üçün bir bəraət imkanı yaradırlar.

- Bir toplanış üçün nə qədər maliyyə vəsaiti lazımdır?
- Hazırda Türkiyədə də böhran olduğunu, Rusiya klublarının bu ölkəyə gəlməkdən imtina etdiyini nəzərə alsaq, indi Antalyada 40-50 min dollara toplanış keçirmək mümkündür.

- Bu maliyyə böhranı klublarımızın avrokuboklarda iştirakına nə dərəcədə təsir göstərə bilər?
- Artıq təcrübə də göstərib ki, avrokubokların qrup mərhələsində iştirak etmək ancaq puldan asılı deyil. Elə olsaydı, vaxtilə "Xəzər Lənkəran"la "Bakı" hər il qrup mərhələsində çıxış edərdi. Avrokuboklarda iştirak etmək üçün 3-5 milyon tamamilə yetərlidir. Amma düzgün idarəçilik olacağı halda. Bunun üçün 15-20 milyon dollarlıq büdcəyə ehtiyac yoxdur. Bunu sübut etməyə də hazıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.