28 dekabr 2015 17:00
Kamran Ağayev İnterə keçir
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev "İnter"ə keçə bilər. Azerisport.az xəbər verir ki, hazırda tərəflər arasında bu keçidlə bağlı danışıqlar gedir.
Futbolçu paytaxt klubu ilə razılığa gələ bilsə, mövsümün sonunadək "İnter"in şərəfini qoruyacaq.
Maraq üçün qeyd edək ki, "İnter" eyni zamanda yığmamızın hücumçusu Vüqar Nadirovla da danışıqlar aparır. Sonuncu bir müddət öncə "Qəbələ"dən, Kamran isə Türkiyənin "Karşıyaka" klubundan ayrıldıqdan sonra klubsuzdur.
