28 dekabr 2015 14:00
İnter bombardiri ilə yolları ayırdı
"İnter"də gözlənilməz ayrılıq baş verib. Azerisport.az saytına klubdan verilən məlumata görə, komandanın aparıcı hücumçusu Dieqo Martinslə yolların ayrılmasına qərar verilib.
Halbuki, braziliyalı forvard komandanın cari mövsümkü bombardiri idi. O, geridə qalan turlarda vurduğu 5 qolla bakılıların ən sərrast futbolçusu sayılrdı. Lakin bir illik müqaviləsinin olmasına baxmayaraq, braziliyalı klubdan ayrılmaq istədiyini bildirib. Buna səbəb onun adını açıqlamadığı xarici klublardan aldığı sərfəli təklifdir. Bu üzdən də klub rəhbərliyi onun gedişinə problem yaratmamağa qərar verib.
