28 dekabr 2015 11:30
Zirə braziliyalı futbolçudan imtina etdi
"Zirə" braziliyalı futbolçu Edudan imtina edib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi ilə müqavilənin müddəti başa çatıb. Klub onunla yeni müqavilə bağlamamağa qərar verib.
Əvəzində komandadan getməsi gözlənilən Nurlan Novruzovun heyətdə qalmasına qərar verilib. O, "Bakı"dan yarım illiyə icarəyə götürülmüşdü. Amma onunla daha yarım illik müqavilə imzalanacaq.
Komandanın qış hazırlıq planının da bu gün müəyyənləşməsi gözlənilir.
