27 dekabr 2015 14:00
Ruslan Qurbanov: Şadam ki, Əsgər Abdullayev postunda saxlanıldı
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Əsgər Abdullayevin komandanın baş məşqçi postunda saxlanılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, mən onun baş məşqçi postunda saxlanılacağını bilirdim. Çox şadam ki, biz onunla çalışmağa davam edəcəyik. Qış fasiləsindən sonra maksimum yaxşı oynamağa çalışacağıq".
