27 dekabr 2015 13:30
Vaqif Sadıqov: 2015-ci ilin yadda qalan hadisələri sırasında Foqtsun istefası var
Məşqçilər Şurasının sədri Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında 2015-ci ilin yadda qalan futbol hadisələrindən danışıb. Onun sözlərinə görə, Berti Foqtsun millidən istefa verməsi bu hadisələrdən biridir:
"Azərbaycan futbolunda yadda qalan məqamlar çox oldu. İki klubumuz Avropa Liqasına vəsiqə qazandı. Üstəlik, Məşqçilər Şurası yaradıldı. Mənim üçün yadda qalan anlardan biri İcraiyyə Komitəsinə üzv seçilməyim oldu. Sözsüz ki, Berti Foqtsun millinin baş məşqçisi postundan istefası yadda qalan hadisələr sırasındadır. Foqts getdi, milli isə Robert Prosineçkiyə tapşırıldı. İndi Azərbaycan yığmasını xorvatiyalı mütəxəssis çalışdırır".
