26 dekabr 2015 14:00
Rövşən Əmiraslanov: Qəbələ Qarabağa müqavimət göstərə bilər
Birinci divizionda çıxış edən "Şəmkir"in yarımmüdafiəçisi Rövşən Əmiraslanov keçmiş komandası "Qəbələ"nin çempionluq uğrunda "Qarabağ"a müqavimət göstərmək şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" son çempion və indiki liderə çempionluq yolunda müqavimət göstərməyə qadir yeganə kollektivdir. "Qəbələ" ilə də "Zirə" və "İnter"in mübarizə aparacağını düşünürəm. Amma "Qarabağ" da hər oyunda üç xal qazanmağa layiq komandadır".
