26 dekabr 2015 12:30
Vüqar Nadirov İnterə keçir
"Qəbələ" ilə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov karyerasını "İnter"də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu hazırda paytaxt klubu ilə danışıqlar aparır.
Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir. Amma bunun üçün onların maliyyə məsələsində razılığa gəlməsi lazımdır.
