26 dekabr 2015 11:30
Asif Məmmədov: Mövsümün sonunadək Qəbələdəyəm
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bu məlumatları təkzib edib:
"Başqa komandaya keçəcəyim barədə yayılan xəbərlər şayiədən başqa bir şey deyil. Mövsümün sonunadək "Qəbələ"dəyəm. Ona görə də harasa getsəm, müqaviləmin müddəti bitəndən sonra getməyim mümkündür".
