26 dekabr 2015 11:00
Anar Nəzirov: Başqa klublardan təkliflər var
"Zirə"nin qapıçısı Anar Nəzirov bəyan edib ki, ona başqa klublardan da təkliflər var. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Başqa klublardan təklif var. Amma mən hələ "Zirə"ni tərk etməyə hazırlaşmıram. Heç belə bir fikrim də yoxdur. Komandada qalıb, yaxşı nəticələr qazanmağımıza çalışacağam".
