25 dekabr 2015 17:30
Neftçi Ağayevlə müqavilə bağlaya bilər
"İnter"lə yollarını ayıran Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev karyerasını "Neftçi"də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Mixal Peskoviçi komandadan uzaqlaşdıran paytaxt klubu indi həmin boşluğu başqa qapıçı ilə doldurmaq istəyir.
Bu mənada Səlahətin "İnter"dən ayrılması "ağ-qaralar"ı hərəkətə keçirib. Tərəflərin maliyyə məsələsində razılıq əldə etməsi mümkün olsa, tezliklə müqavilə imzalanması gözlənilir.
