25 dekabr 2015 16:30

Şəhriyar Əliyev: Kəpəzlə qitəmiqyaslı turnirdə mübarizə aparmağı çox arzulayıram

Bu gün “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevin doğum günüdür. Azerisport.az xəbər verir ki, müdafiəçinin 23 yaşı tamam olur. Bu münasibətlə klub saytı futbolçudan müsahibə götürüb.
 
- Şəhriyar, təbriklərimizi qəbul et...
- Minnətdaram. Deyim ki, dünəndən zəng edib təbrik edənlər var. Çoxları elə bilir dekabrın 24-ü ad günümdür. Bu gün təkrar arayanlar da olub. İlk dəfədir ki, ad günümü “Kəpəz”in futbolçusu kimi qeyd edirəm. Yeni komandayıq, əla kollektivimiz var, mehribanlıq hökm sürür.
 
- Doğum gününü evdə qeyd edəcəksən, yoxsa kənarda?
- Yox, evdə olacağam. Təmtəraqı sevən insan deyiləm. Yaxınlar, qohumlar yəqin ki, gələcək. Onların arasında evdə qeyd edəcəyik. Ailəmlə bir yerdə olmağı çox istəyirəm. Həyatda hər şeydən önəmli ata-ananın varlığıdır. Onların yanımda olması hər şeyə dəyər.

- Bu gün hədiyyə qəbul etməklə aran necədir?
- Vallah, hədiyyə almağı çox xoşlayıram, amma vermirlər (ucadan gülür). Hədiyyə nə qədər çox olsa, yaxşıdır.
 
- Sənin də bildiyin kimi, “Kəpəz”də ad günləri ilə bağlı ənənə var. Kiminsə ad günü olanda komanda bir yerə yığışır və tort kəsilir. Amma indi hamı istirahətdə olduğu üçün gərək, üzrlü sayasan.
-  (gülür) Buna görə beş ildir təəssüflənirəm. Hansı kluba gedirəmsə, ad günüm qeyd olunmur. Tətildə olduğumuza görə, uşaqların hərəsi bir yandadır. Bakıdakı uşaqlarla yəqin ki, bu gün görüşəcəyik. İstərdim ki, ad günümü komanda ilə birgə keçirim. Amma qismət belədir. Tətildən qayıdan kimi toplanışda tort aldırıb, bunun əvəzini çıxacağam. 
 
- “Kəpəz”in turnir cədvəlində beşinci sırada olmasını sənin üçün ad günü hədiyyəsi hesab etmək olar?
- Bəri başdan deyim ki, bu nəticəni qazanmaq asan olmayıb. Bundan da yaxşı yerlərdə ola bilərdik. Bəzi oyunlarda xallar itirdik, bu olmasaydı, ikinci yeri də tutmaq olardı. Belə baxanda, liderlərlə xal fərqi elə də çox deyil. Qarşıda çempionatın ikinci hissəsi durur, mübarizə hələ qabaqdadır. “Kəpəz”ə gələndə çoxdan idi ki, futbol oynamırdım, zədədən yeni qayıtmışdım, formadan çox uzaq idim. Allah şükür, özümə gəlirəm, formamı bərpa edirəm. İnşallah, bu mövsüm Premyer Liqada uğurla çıxış edərik. Avropa Liqasına vəsiqə qazanmağı və “sarı-göy” formada qitəmiqyaslı turnirdə mübarizə aparmağı çox arzulayıram. Hamımıza hədiyyə bu olacaq.
 
- Geriyə boylananda cari mövsümdə nəticəsini unutmadığın oyun oldu?
- İki ilə yaxın futbol oynamadım, ona görə çempionatın əvvəlində meydana çıxanda çox çətin idi. Beş oyunda nəyi necə etdyimi bilmədim. Şahin müəllim sağ olsun, mənə dəstək verdi, etimad göstərdi. Başqası olsaydı, bu qədər bəlkə də şans verməzdi. Yavaş-yavaş düzəldim. Oyundan-oyuna artırmağa çalışırdım. Elə oyunlar oldu ki, mütləq qələbə qazanmalıydıq, amma alınmadı, bir xalla kifayətləndik. Bu da bizə təsir etdi. Bu ildən nəticə çıxarıb, gələn il üçün oynamalıyıq. Avroliqaya getmək istəyiriksə, daha yaxşı çıxış etməliyik.
 
- Onda demək əvvəlki Şəhriyarı çempionatın ikinci hissəsində görə biləcəyik...
- İnşalah, fasilədə yaxşı təlim-məşq toplanışı keçib, çempionata hazırlaşacağıq. Özüm də bilirəm ki, əvvəlki formamdan aşağı səviyyədə çıxış edirəm. Bundan sonra hər şeyin daha yaxşı olacağına ümidliyəm. Gələn ildən başqa Şəhriyarı görərsiniz.
 
- “Kəpəz”in heyətində sonuncu müdafiəçi mövqeyində daha üç futbolçu çıxış edir. Bu heyətdə rəqabəti artırır?
- Baş məşqçi kimə şans verirsə, həmin futbolçu da oynayır. Bizim komandada kimin oynaması yox, komandanın nəticə qazanması önəmlidir. Əvvəllər də Tural Nərimanov, Azad Kərimov və Tərlan Quliyev ilə bir yerdə oynamışıq. Bir-birimizi yaxşı tanıyırıq. Meydana kim çıxırsa, yaxşı oynamağa, komandaya kömək etməyə çalışır. Kimsə səhv edəndə digəri onu sığortalamağa səy göstərir. Kollektivimiz çox mehribandır, hamı bir-birinə can deyib, can eşidir. Hamımız bir-birimizə dayağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.