25 dekabr 2015 13:30

Denis Kalinkov: Xəzər Lənkəranda mövsümə 500 000 dollar alırdım

"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Denis Kalinkov Moldova mətbuatına müsahibəsində cənub klubundakı çıxışından, eləcə də Azərbaycandan gedişindən söz açıb. Azerisport.az sizi həmin fikirlərlə tanış edir.

- Azərbaycandan təklif almağıma nəinki yığmadakı uğurlu çıxışımın, digər məqamların da təsiri çox oldu. Məsələn, həmin vaxt "Akademiya"da məşq edirdim, hətta oynayırdım. Belçika və Hollandiya çempionatları ilə Azərbaycan birinciliyi arasında çoxmu fərq var? Mən deyərdim ki, orada çox maraqlı çempionat keçirilirdi. Orada 5-6 güclü komanda var idi. Onlardan 3-4-nün ümumiyyətlə çoxlu pulu var idi. Heç yerdə qalan komandaların da imkanları pis deyildi. Məsələn, futbolçulara bir ilə görə 100-200-300 min pul ödəyirdilər. Çempionatda Avropadan çoxlu futbolçu var idi. İndi sadəcə, "Qarabağ"la "Qəbələ" əvvəlki səviyyəsini saxlayıb. Amma vaxtilə "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "İnter" də güclü idi.

- Yəni, Azərbaycan çempionatında "tək ayaqla oynamaq" mümkün deyildi?
- Məsələn, mən orada hətta 3:0-dan böyük hesab qeydə alındığını xatırlamıram. Darmadağın demək olar ki, olmurdu.

- Maaş baxımından "Anderlext"də vəziyyət daha yaxşı idi, ya Azərbaycanda?
- Avropada pul daha çoxdur. Azərbaycanda da yaxşı pul verilir. Avropada çıxış edəndə uşaq idim. Amma "Xəzər Lənkəran"da oynayanda artıq yetişmiş futbolçuydum.

- Deyilənə görə, siz "Xəzər Lənkəran"dan mövsümün sonunda daha çox pul tələb etdiyinizə görə uzaqlaşmısınız...
- Mən orada bir mövsümə görə 500 000 dollar alırdım. Daha doğrusu 10 ay üçün. Mənə yeni müqavilə təklif etdilər, qane etdi və imzaladım. Amma məni "Atletiko" və "Malyorka"ya aparmağa söz verən menecer peyda oldu. İspaniyada daha çox pul təklif olunurdu. Lakin məni bu yox, İspaniya çempionatı kimi güclü birincilikdə çıxış etmək maraqlandırırdı. Təəssüf ki, sonda həm Avropadan oldum, həm də Azərbaycandan.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.