25 dekabr 2015 11:00
Mahir Mədətov: Qarabağda qalacağam
"Qarabağ"ın yarımmüdafiəçisi Mahir Mədətov təsadüfi hallarda meydana çıxmasının səbəbini izah edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunun səbəbi çoxsaylı zədədir. Belə olacağını gözləmirdim. Baxmayaraq ki, "Qarabağ"dakı çıxışım yaxşı başlamışdı. Sonradan zədələr başladı. Baş məşqçimiz mənim üçün fərdi məşqlər də təşkil edir. Qış fasiləsində olmağımıza baxmayaraq, mənə tapşırıqlar verib, çalışıram. Çünki zədəli olduğum dövrdə komanda yoldaşlarımdan çox geri qaldım".
Mədətov Ağdam klubunu tərk etmək barədə düşünmədiyini də diqqətə çatdırıb: "Heç bir komandadan təklif almamışam. "Qarabağ"da qalacağam".
