25 dekabr 2015 00:15
Roman Qriqorçuk: Qarabağ favoritdir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk azərbaycanlı jurnalistlər arasında aparılan sorğuya görə ilin ən yaxşı məşqçisi seçilməsi münasibətilə öz ölkəsindən olan həmkarlarımıza açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, mənim üçün sürpriz oldu. Onu tədbirin gedişində öyrəndim. Şadam. Amma buna görə çox sevinməyə dəyməz. Mümkün olsaydı, mən böyük sevinc hissi ilə hər belə bir mükafatı "Qəbələ"nin turnir cədvəlində 10 xal öndə olmasına dəyişərdim. İndi bizim əsas hədəfimiz "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq və kuboku qazanmaqdır. Əlbəttə, "Qarabağ" favoritdir. Amma biz onlara müqavimət göstərməyə köklənmişik".
