24 dekabr 2015 19:00
Orxan Sadıqlı Qarabağa yox, Zirəyə keçə bilər
"Xəzər Lənkəran"la yollarını ayıran qapıçı Orxan Sadıqlının "Qarabağ"a keçəcəyi barədə xəbərlər yayılmışdı. Azerisport.az xəbər verir ki, gənc qolkiperin Ağdam klubuna yox, "Zirə"yə keçəcəyi bildirilir.
Futbolçu özü isə saytımıza açıqlamasında dəqiq bir söz deməkdən imtina edib: "Hansısa klub adı çəkmək istəmirəm. Çünki bu, mənim tərəfimdən düzgün olmaz. Ona görə də çox danışmaq istəmirəm. Yaxın günlərdə hansı kluba keçəcəyimə aydınlıq gələcək".
