24 dekabr 2015 18:00
Qəbələ Kiyev Dinamosunun futbolçusunu alır
"Qəbələ" qış transfer pəncərəsi dövründə daha bir legioner futbolçu almağa hazırlaşır. Azerisport.az xəbər verir ki, söhbət Ukraynanın "Dinamo" (Kiyev) klubunun 18 yaşlı yarımmüdafiəçisi Viktor Çıqankovdan gedir.
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu futbolçunu icarə əsasında heyətə cəlb etmək istəyir. Hazırda bu yöndə danışıqlar davam edir. Danışıqların nəticəsi isə bu həftənin sonunda bəlli olacaq.
