24 dekabr 2015 17:20

Mpenza problemi Neftçini avrokuboklarda iştirakdan məhrum edə bilər

"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov ötən gün baş tutan klubun Müşahidə Şurasının növbəti iclasından danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"İclasda klubun xərclərinin optimallaşdırılması ilə bağlı qərar qəbul olundu. Manatın devalvasiyasının mümkün davamiyyəti klubumuzun büdcəsinə mənfi təsir edəcək. Bu üzdən də risk etmək istəmirik".

Məmmədov Əsgər Abdullayevin baş məşqçi postunda saxlanılmasına da münasibət bildirib: "Biz bu təyinata qədər fəal şəkildə əcnəbi baş məşqçi axtarırdıq. Mən və klubun idman direktoru Vəli Qasımov iki gün ərzində İstanbulda beş əcnəbi mütəxəssislə danışıq apardıq. Onların adını açıqlamayacağam. Bütün analizlərimiz Müşahidə Şurasına təqdim olundu. Həmçinin Əsgər Abdullayevin hesabatı dinlənildi. Sonda isə belə qərara gəldik ki, Abdullayevi baş məşqçi postunda saxlayaq".

"Bu qərarla bağlı həlledici amil Abdullayevin komandanı çətin bir dövrdə götürməsi, sabit çıxışı təmin etməsi oldu. Əcnəbi məşqçinin təyinatı həm də əlavə xərc demək idi. Çünki o, yeni məşqçi korpusu, yeni futbolçular tələb edəcəkdi. Biz isə yerli futbolçularla irəli getməyi düşünürük. Həm də əcnəbi baş məşqçinin nəticə verib-verməyəcəyi dəqiq deyildi. Bu, bir risk olardı".

"Əsgər Abdullayevin PRO kateqoriyasına malik olmamasına gəlincə, biz də bilirik ki, bu, məşqçiyə avrokuboklarda iştirak etməyə problem yaradır. Bu məsələnin də həlli ilə məşğul olacağıq".

İcraçı direktor "Neftçi"nin sabiq futbolçusu Emil Mpenzaya olan borcundan da danışıb: "Biz bu borcun ödənilməsi üçün müəyyən yollar axtarırıq. Bunu sponsorların və əlavə resursların sayəsində ödəmək istəyirik. Bunu mümkün qədər tez həll etmək lazımdır. Əks halda avrokuboklarda oynamağa icazə verən lisenziyani almaqla bağlı problemlə üzləşə bilərik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.