24 dekabr 2015 15:40
Sumqayıtın hücumçusu Almaniya klublarının diqqət mərkəzində
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad karyerasını Almaniyada davam etdirə bilər. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bildirib:
"Etiraf edim ki, bir sıra klublardan təklif almışam. Onların arasında Almaniya Regional Liqasında çıxış edən klublar da var. Amma mən Azərbaycanda qalmaq istəyirəm".
Qeyd edək ki, Pərdis Azərbaycana gəlməzdən öncə Almaniyanın "Karl Tseyss", "Plauen" və "Berliner" kimi klublarında çıxış edib.
