Fikrət Hüseynov: Qələbəm mənim üçün gözlənilməz oldu
AFFA Klublar Komitəsinin yeni sədri Fikrət Hüseynov bu təyinatı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qələbəm mənim üçün gözlənilməz oldu. Səs verən hər kəsə təşəkkürümü bildirirəm. Geridə qalan ildə Klublar Komitəsi çox iş gördü və AFFA İcraiyyə Komitəsinə xeyli məsləhətlər verdi. Hesab edirəm ki, biz burada bir ailə kimiyik. Ümid edirəm ki, növbəti bir ildə də ən azı ötən ildəki qədər faydalı işlər görəcəyik. Problemlər çoxdur, onların həllinə çalışacağıq".
Hüseynov manatın devalvasiyasının AZAL-a təsirindən də söz açıb: "Ölkədə bu devalvasiyadan əziyyət çəkməyən klub yoxdur. AZAL da həmçinin. Amma elə də güclü təsir olacağını düşünmürəm. Çünki biz hələ mövsümün əvvəlindən büdcəmizi aşağı salmışdıq".
