24 dekabr 2015 12:30
Yığmamızın sabiq üzvü Kipr klubuna keçə bilər
Azərbaycan yığmasının sabiq müdafiəçisi Aqil Nəbiyev karyerasını Kiprdə davam etdirə bilər. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bildirib:
"Kiprdən təklif var. Amma hələ yekun qərar verməmişəm. Fikrimcə, qarşıdakı həftələrdə bu məsələyə aydınlıq gələcək".
Qeyd edək ki, Aqilin konkret hansı klubdan təklif aldığı açıqlanmır. O, vaxtilə "Turan", "Neftçi", AZAL, "Bakı", "Rəvan" və "Araz Naxçıvan"da çıxış edib. Son dövrlər isə klubsuz olduğundan, Nəbiyev yaşıl meydanlardan kənarda qalmışdı.
