24 dekabr 2015 12:00
Qarabağ Klublar Komitəsinin iclasına qatılmadı
Xəbər verdiyimiz kimi, bu gün AFFA Klublar Komitəsi 2015-ci ilin sonuncu iclasını keçirir. Azerisport.az xəbər verir ki, komitə bu toplantıya tam heyətlə qatılmayıb.
Belə ki, Premyer Liqada çıxış edən klubların doqquzunun təmsilçisi iclasda iştirak edir. "Qarabağ" rəsmilərindən isə bu toplantıya heç kim qatılmayıb.
