24 dekabr 2015 11:45

Amil Yunanov: Hər oyuna qol vurmaq üçün çıxıram

"Sumqayıt"ın yarımmüdafiəçisi Amil Yunanovun azerisport.az saytına müsahibəsi

- "Sumqayıt" Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Rəvan"la (3:3) heç-heçə etdi. Komandanız bu oyunda iki dəfə hesabda önə keçdiyi halda, sonda özü məğlubiyyətdən qaçmasına sevindi...
- "Rəvan"la oyun çox maraqlı və gərgin keçdi. "Rəvan" yaxşı komandadır. Son turlarda yaxşı çıxış edirdi. Matça ciddi hazırlaşmışdıq. Oyuna da yaxşı başladıq. Amma ikinci hissədə çıxışımız o qədər də yaxşı alınmadı.

- Qələbə qazanmağınıza nə mane oldu?
- Yəqin ki, yorğunluq. Həmçinin azlıqda qalmağımızın da təsiri oldu.

- Bu oyunda siz də iki qol vurdunuz...
- Şadam ki, qol vurmağa nail oldum. Amma mənim üçün komandamın qələbə qazanması daha vacibdir.

- 4 oyuna 6 qol vurmusunuz. Bunu gözləyirdiniz?
- Bəli, öz gücümə inanırdım. Hər oyuna qol vurmaq üçün çıxıram. Çünki hər bir futbolçunun hədəfi qol vurmaqdır, qələbə qazanmaqdır. Mənim də hədəfim qol vurmaqdır.

- Bəs niyə siz Premyer Liqanın ilk turlarından belə çıxış etmirdiniz?
- Tez-tez zədə alırdım. Bundan əlavə, "Qəbələ"dən gedəndən sonra mənimlə heç bir klub maraqlanmırdı. Bu üzdən də birinci divizionda çıxış etmək məcburiyyətində qalmışdım.

- Vurduğunuz altı qoldan hansı sizin üçün daha yaddaqalan oldu?
- "Qarabağ"a vurduğum qol. Çalışacağam ki, qış fasiləsindən sonra da qollar vurum. Əsas bunu çox istəmək və üzərimdə daha çox çalışmaqdır.

- Aparıcı klubların sizə diqqəti artıb. Təklif almamısınız?
- Xeyr. Heç bu barədə düşünmürəm də. "Sumqayıt"da qalmağı, bu komandada möhkəmlənməyi və klubuma kömək etməyi düşünürəm.

- "Sumqayıt"ın çempionatın ilk iki dövrəsindəki çıxışını necə qiymətləndirərdiniz?
- Yaxşı oynadıq. Sadəcə, bəzi oyunlarda bəxtimiz gətirmədi. Belə olmasaydı, daha çox xal toplayardıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.