24 dekabr 2015 11:30
Elnur Məmmədov: Biz onu postunda saxlamağa qərar verdik
"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov klubun Müşahidə Şurasının ötən gün baş tutan iclasından, eləcə də Əsgər Abdullayevin baş məşqçi postunda saxlanılmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Əsgər Abdullayevin hesabatını dinlədik. Hesabatdan sonra onun komandanın baş məşqçi postunda qalmasına qərar verildi. Həmçinin klubun gəlirlərinin optimallaşdırılması ilə də bağlı müzakirələr aparıldı".
