24 dekabr 2015 00:05
Ruslan Əmircanov: İnterdə qalmaq istəyirəm
"İnter"in müdafiəçisi Ruslan Əmircanov komandadakı gələcək taleyi barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Demək olar ki, bütün futbolçuların müqavilə müddəti bu ayın sonunda başa çatacaq. Fikrimcə, tezliklə yeni müqavilə imzalayacağıq. "İnter"də qalmaq istəyirəm".
