23 dekabr 2015 16:40
Riçard Almeyda Avroliqanın simvolik yığmasında
UEFA Avropa Liqasının qrup mərhələsinin simvolik yığmasını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda da yer alıb.
Ağdam klubu pley-offa vəsiqə qazana bilməsə də, braziliyalı futbolçunun çıxışı diqqət çəkib. Müəlliflər onun İngiltərə "Tottenhem"i ilə Belçika "Anderlext"inin qapısına qol vurmasını da vurğulayıblar.
