23 dekabr 2015 16:20
Neftçinin əvəzedici komandası Şərursporla heç-heçə etdi
“Neftçi”nin əvəzedici heyəti seleksiya xarakterli yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, klubun U-19 komandasının bir neçə üzvünün cəlb olunduğu görüş birinci divizion təmsilçisi “Şərurspor”a qarşı olub.
Oyun “Dalğa Arena” stadionunun ehtiyat meydançasında baş tutub və 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində Şəfi Bağırov fərqlənib.
