23 dekabr 2015 15:20
Qarabağ müdafiəçidən imtina etdi
"Qarabağ" makedoniyalı müdafiəçisi Vladimir Dimitrovskidən imtina edib. Azerisport.az xəbər verir ki, yayda transfer olunan legioner futbolçu Ağdam klubunun məşqçilər korpusunun ümidlərini doğrultmayıb.
Bu üzdən də onun qış fasiləsində yola salınmasına qərar verilib. Artıq futbolçuya özünə yeni klub tapmaq tapşırığı verilib. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək üçün danışıqlar aparırlar.
