23 dekabr 2015 14:30
Neftçi Əsgər Abdullayevi niyə baş məşqçi postunda saxlamaq istəmir?
"Neftçi"nin Əsgər Abdullayevi baş məşqçi postunda saxlamaq istəməməsinin səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, buna səbəb təcrübəli mütəxəssisin PRO kateqoriyasına malik olmamasıdır.
Bu isə komanda avrokuboklara vəsiqə qazanacağı halda problem yaradacaq. Çünki Abdullayev yalnız təsnifat mərhələsi zamanı komandanı çalışdıra bilər. Qrup mərhələsində çıxış etmək şansı qazanacağı halda isə, baş məşqçinin PRO kateqoriyasına malik olması UEFA-nın əsas tələblərindən biridir. Bu üzdən də klub rəhbərliyi indidən PRO kateqoriyasına malik olan əcnəbi məşqçi axtarışına çıxıb.
Xatırladaq ki, Abdullayevdən öncə komandanı çalışdıran Samir Əliyev də PRO kateqirasına malik deyildi.
