23 dekabr 2015 14:00

Abdulla Abatsiyev: Buna görə mənə çox adam əsəbləşəcək

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyev "İnter"lə yollarını ayırdıqdan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Sizin Azərbaycan vətəndaşlığından imtina etməyə hazırlaşdığınız barədə xəbərlər doğrudur?
- Bəli, doğrudur. Bu qərarımın əsl səbəbini açıqlamaq istəməzdim. Amma burada keçirdiyim 7 ilə görə Azərbaycana sağ ol demək istəyirəm. Şadam ki, bu ölkənin şərəfini qorumaq mənə nəsib oldu. Azərbaycan karyeram mənə çox şey verdi. Bu ölkə mənim üçün doğmalaşıb və bu, həmişə belə də qalacaq. Burada çoxlu yaxşı dostum var. Bu üzdən belə bir qərar vermək mənim üçün çətin oldu. Amma həyat belədir.

- Bu qərarınız heç də birmənalı qarşılanmayacaq...
- Başa düşürəm ki, çox adam mənə əsəbləşəcək. Məsələn, deyəcəklər ki, gəldi, oynadı, getdi. Yəqin ki, onların yerində mən də olsaydım, eyni fikirləri söyləyərdim. Bu üzdən mən hər şeyi normal qarşılayıb, irəli getmək barədə düşünməliyəm.

- Azərbaycan vətəndaşlığından ona görə imtina edirsiniz ki, Rusiya vətəndaşı kimi bu ölkə klublarında problemsiz oynaya biləsiniz?
- Əlbəttə, bu, səbəblərdən biridir. Amma əsas deyil. Başqa bir səbəb şəxsidir, o barədə danışmaq istəmirəm.

- "Krılya Sovetov"a keçəcəksiniz?
- Mən heç bu xəbərin haradan yarandığını bilmirəm.

- İstənilən halda Rusiya klubuna keçəcəyiniz dəqiqdirmi?
- Bəli, Rusiya klublarından birinə keçməyi düşünürəm. Amma hələ tam dəqiqləşməyib. İstənilən halda Azərbaycana mənə verdiklərinə görə təşəkkürümü bildirirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.