23 dekabr 2015 13:00

Sumqayıt ilk iki dövrədə: 23 futbolçu ilə 23 qol

Topaz Premyer Liqasında 2015/16 mövsümündə ilk iki dövrə arxada qalıb və komandalar qış fasiləsinə yollanıb. Azerisport.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubu 18 xal toplamaqla fasiləyə 8-ci pillədə gedib.

Qeyd edək ki, klubu ilk 7 turda baş məşqçi Aqil Məmmədov çalışdırıb. 8-ci turdan isə komanda Samir Abasova həvalə edilib. "Sumqayıt" arxada qalan 18 qarşılaşmada 3 qələbə, 9 heç-heçə və 6 məğlubiyyətə imza atıb. Bu oyunlarda komanda 23 qol vurub və qapısından 28 top buraxıb.

18 turda əsas komandada ümumilikdə 23 futbolçu çıxış edib. İlk iki dövrədə ən çox oyun keçirmiş futbolçu isə Vurğun Hüseynov olub. Kapitan bütün qarşılaşmalarda əvəzlənmədən meydanda olub. O, ümumilikdə 18 görüşdə 1620 dəqiqə oynayıb. Slavik Alxasov isə 17 oyunda meydanda olmaqla siyahıda ikinci pillədə qərarlaşıb.

Vurğun Hüseynov – 18 oyun (1620 dəqiqə)
Slavik Alxasov – 17 (1530)
Murad Ağayev – 16 (1413)
Ağabala Ramazanov – 16 (1358)
Cəmil Hacıyev – 16 (1266)
Tofiq Mikayılov – 16 (974)
Uğur Pamuk – 15 (977)
Bəxtiyar Həsənalızadə - 13 (1140)
Aleksandr Çertoqanov – 14 (1152)
Şahrudin Məhəmmədəliyev – 13 (1131)
Pərdis Fərcad-Azad – 12 (786)
Emin Mehdiyev – 12 (882)
Nuran Qurbanov – 11 (601)
Nodar Məmmədov – 9 (636)
Tural Rzayev – 9 (420)
Mirzağa Hüseynpur – 9 (198)
Amit Quluzadə - 8 (391)
Tərlan Əhmədli – 7 (489)
Amil Yunanov – 6 (264)
Mikayıl Rəhimov – 4 (280)
Elnur Abdulov – 2 (120)
Əli Əlimərdanlı – 2 (28)
Xəyal Nəcəfov – 1 (10)

Amil Yunanov ən sərrast futbolçudur

Arxada qalan 18 turda "Sumqayıt"ın ən sərrast futbolçusu Amil Yunanovdur. Ümumilikdə, 6 qarşılaşmada 264 dəqiqə meydanda olan adıçəkilən futbolçu 6 dəfə rəqib qapılarına yol tapıb. O, bombardirlər siyahısında ilk pillədə qərarlaşan “Qarabağ”ın üzvü Riçard Almeydadan cəmi 1 top geri qalır. Ağabala Ramazanov və Uğur Pamuk isə hərəyə 3 dəfə fərqlənib.

Vurulan qollar: Amil Yunanov (6), Ağabala Ramazanov (3), Uğur Pamuk (3), Pərdis Fərcad-Azad (2), Mikayıl Rəhimov (2), Bəxtiyar Həsənalızadə, Nuran Qurbanov, Mirzağa Hüseynpur, Emin Mehtiyev, Slavik Alxasov.

Buraxılan toplar: Şahrudin Məhəmmədəliyev 12 oyun / 18 qol, Tərlan Əhmədli 7 oyun / 10 qol. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.