23 dekabr 2015 11:40
Şahdağ dağılmaq təhlükəsi ilə üz-üzə
Azərbaycan birinci divizionunda çıxış edən "Şahdağ" dağılmaq təhlükəsi ilə üzləşib. Azerisport.az xəbər verir ki, klubun əsas sponsoru "Azenco" Qusar təmsilçisini maliyyələşdirməkdən imtina edib.
Bu üzdən də komandanın üzvləri artıq beş aydır ki, maaş almırlar. Belə olan halda "Şahdağ"ın fəaliyyətini dayandırmaq təhlükəsi yaranıb.
Qeyd edək ki, Qusarı təmsil edən "Şahdağ" 1950-ci ildə yaradılıb. Komanda bu müddət ərzində cəmi bir dəfə - 2005/06 mövsümündə elitada çıxış edib. Amma həmin mövsümdə də 13-cü yeri tutaraq, yenidən birinci diviziona qayıdıb.
