23 dekabr 2015 11:20

Kərim Diniyev: Mənə belə sultanlıq lazım deyil

Bu gün “Kəpəz”in futbolçusu Kərim Diniyevin həyatında ən əlamətdar günlərdən biri kimi tarixə düşəcək. Azerisport.az xəbər verir ki, komandanın gənc oyunçusu ailə həyatı qurur. “Kəpəz”in mətbuat xidməti bununla bağlı Diniyevdən müsahibə götürüb.

- Qəribə hisslər keçirirəm. Doğrudan da evlənməyin məsuliyyətini dərk edirəm. Ailə həyatı tamam başqa bir şeydir. Ailə qurmaq asandır, onu qoruyub saxlamaq çətindir. İnanıram ki, qurduğum ailə möhkəm olacaq, sonadək mehribanlığı qoruyub saxlayacağıq. Xoşbəxt olacağımı düşünürəm.

- Subaylığa əlvida deməyə hazırsan?
- Bəli, hazıram. Özü də çoxdan.

- Evlənməyi özün istəmisən, yoxsa evdən məsləhət biliblər?
- Yox, bu mənim qərarımdır. Sevib evlənirəm. Xanımımı özüm seçmişəm və ailə qurmağı da özüm istəmişəm.

- Bəs evlənmək istəyini atan necə qarşıladı?
- (gülümsəyir) Atam mənə əvvəldən deyirdi ki, evlən. Ona görə istəyimi normal qarşıladı. Bildirdi ki, ailə qurmağın vaxtıdır. Özümdən kiçik bacı və qardaşlarım var. Onların yolunu açmalıydım...

- Amma atanı ailə qurmaqda qabaqlamısan. Şahin müəllim 26 yaşında evlənib, sənin isə hələ 22 yaşın var.
- Həmişə mənə deyirdi ki, evlənməyə gecikib. Legioner həyatı yaşayıb deyə, başı çox qarışıq olub. Ona görə mənə tez evlənməyi məsləhət görürdü. Ondan fərqli mən gecikmək istəmirəm (gülür). Gənc yaşımda ata olmaq istəyirəm.

- Belə bir məsəl var, deyirlər “tez duranla, tez evlənən uduzmaz”.
- Elə mən də bu məsəli əsas götürərək evlənməyə qərar verdim.

- Bir məsəl də var, “subaylıq sultanlıqdır”.
- Mən bu sultanlığı evliliyə qurban verirəm. Mənə belə sultanlıq lazım deyil.

- Yəqin bilirsən ki, ailə qurandan sonra həyatında çox şey dəyişəcək. Evə tez gəlməli olacaqsan, dost-tanışa əvvəlki kimi vaxt ayıra bilməyəcəksən.
- İşimi rejimə salacağam. Bu mənada bu çox yaxşı şeydir. Planla hərəkət edəcəyəm, dosta-yaxına, qohumlara da baş çəkməyə vaxt ayıracağam. Ailədən gözəl nə ola bilər? Tək özümü fikirləşməməliyəm, artıq ailəli olacağam.

- “Bəyin oğurlanması” filminə güman edirəm ki, baxmısan. Sonda bəyi oğurlayırlar...
- İnşallah, bu hadisə toyda mənim başıma gəlməz. Açığı, şübhələndiyim 1-2 nəfər var ki, bu addımı ata bilər. Açıb-ağartmıram ki, yadlarına düşməsin.

- Evlənmək, nikah şəhadətnaməsinə qol çəkmək daha çətindir, yoxsa klubda müqaviləyə imza atmaq?
- Bax, bu, çox qəliz sual oldu. (fikirləşir) İkisi də həm çətindir, həm də asan. Bilirsiniz necə? Məncə, ikisi də məsuliyyətli işdir. Üzərinə məsuliyyət götürüb, addım atırsan. Hər ikisi əhəmiyyətlidir. Gələcəyə doğru qərar verirsən, bu, həyatını yaxşıya da dəyişə bilər, pisə də. Mən həmişə birinciyə ümid edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.