23 dekabr 2015 00:25

24 futbolçuyla 161 günlük marafon

“Qəbələ” üçün tarixində 2-ci avrokubok mövsümü başa çatdı. Azerisport.az xəbər verir ki, yenə Avropa Liqasında çıxış edən komanda ötən mövsümdən fərli olaraq, bu dəfə nəinki mərhələ adlaya bildi, hətta qrup mərhələsinin də iştirakçısı oldu.

Mübarizəyə turnirin birinci təsnifat mərhələsində, iyulun 2-də Tiflisdə “Dinamo”yla matçla başlayan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda üçün avrokubok həyəcanı 161 gün davam etdi. “Qırmızı-qaralar” bu 5 ayda, ümumilikdə, 14 oyun keçirdilər. Bunun 8-i təsnifat, 6-sı qrup mərhələsi çərçivəsində baş tutdu. “Qəbələ” 7 rəqiblə üz-üzə gəldi ki, bunun da ikisi – “Panatinaikos”la PAOK eyni ölkənin, Yunanıstanın təmsilçiləri idi. “Qəbələ” qalan 5 qarşılaşmada “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Belqrad, Serbiya), “Apollon” (Limassol, Kipr), “Krasnodar” (Krasnodar, Rusiya) və “Borussiya” (Dortmund, Almaniya) komandaları ilə mübarizə apardı.

Komanda 14 matçın 3-də qələbə qazandı, 5 dəfə heç-heçə etdi, 6 oyunda məğlub oldu. “Qəbələ”nin qələbə qazandığı oyunlar təsnifat mərhələsinə təsadüf etdi. Maraqlıdır ki, “Qəbələ”nin Yunanıstan təmsilçiləri ilə oyunlarının hamısında heç-heçə qeydə alındı. “Qəbələ” turnirdə 11 qol vurdu, 18 top buraxdı. Avropa Liqasında ən çox qol vuran futbolçu kapitan Luis Hilario Dododur - 4. Əsas kapitan Cavid Hüseynov 3, estoniyalı Sergey Zenyov 2, ukraynalı Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqləniblər.

Qriqorçuk Avropa Liqasında 24 futbolçunun xidmətindən yararlandı ki, bunlardan da 10-u yerli, 14-ü əcnəbi futbolçulardır. Ukraynalı çalışdırıcı sərəncamında olan hər 3 qapıçının xidmətindən yararlanıb. Təsnifat mərhələsində, ev oyunlarında “quru seriya” ilə turnirin rekordçusu olan əsas qapıçı Dmitri Bezotosnı bir müddət zədəli olduğundan David Petrkeviçlə Andrey Popoviç oynamaq şansı qazandılar.

Komandanın 4 futbolçusu bütün 14 matçda meydanda olub. Sadəcə, dəqiqə hesabında Aleksey Qay Sergey Zenyov, Aleksey Antonov və Arif Daşdəmirovu qabaqlayır. Yeri gəlmişkən, Qay son turda əvəzlənməsəydi, bütün oyunları 90 dəqiqə keçirən yeganə futbolçu olacaqdı.

“Qırmızı-qaralar”ın turnirdə inzitam baxımından ciddi problemləri olmayıb. Belə ki, komandanın hesabında yalnız 1 qırmızı vərəqə var. Vərəqə müdafiəçi Ürfan Abbasova “Apollon”la Bakıdakı cavab oyununda göstərilib. Ən çox sarı vərəqə isə müdafiəçi, ukraynalı Vitali Vernidubun passivindədir – 5.

“Qəbələ”nin Avropa Liqasında 2015/16 mövsümündə keçirdiyi oyunlar

Təsnifat mərhələsi
2 - 9 iyul. “Dinamo” – “Qəbələ” – 2:1 (0:2)
16 - 23 iyul. “Çukariçki” – “Qəbələ” – 1:0 (0:2)
30 iyul - 7 avqust. “Apollon” – “Qəbələ” – 1:1 (0:1)
20 - 27 avqust. “Qəbələ” – “Panatinaikos” – 0:0 (2:2)

Qrup mərhələsi
17 sentyabr. Bakı. “Qəbələ” – PAOK – 0:0
1 oktyabr. Krasnodar. “Krasnodar” – “Qəbələ” – 2:1
22 oktyabr. Bakı. “Qəbələ” – “Borussiya” – 1:3
5 noyabr. Dortmund. “Borussiya” – “Qəbələ” – 4:0
26 noyabr. Saloniki. PAOK – “Qəbələ” – 0:0
10 dekabr. Bakı. “Qəbələ” – “Krasnodar” – 0:3

("Qəbələ" İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.