22 dekabr 2015 15:20

Qəbələdə yeni departament və yeni direktor

Uzun illərdir "Qəbələ" klubunda müxtəlif sahələrdə çalışan məşqçi Elşən İsgəndərova yeni vəzifə tapşırılıb. Azerisport.az xəbər verir ki, o, “Qəbələ”də Futbolun Kütləviləşdirilməsi, Seleksiyası və Məşq Bazası Departamentinə direktor təyin olunub. Bu həmin departamentdir ki, indiyə qədər FKD (Futbolun Kütləviləşdirilməsi Departamenti) kimi tanınırdı.

E.İsgəndərov klub qəzetinə açıqlamasında bildirib ki, yenilənmiş departamentdə geniş proqramla fəaliyyət göstərəcək: “Biz bütün kəndlərə, məktəblərə gedərək, “Qəbələ” İdman Klubunu daha da tanıtdırmağa, sevdirməyə çalışacağıq. Uşaqlara təkcə futbolla bağlı deyil, klubumuzun nəzdində fəaliyyət göstərən digər idman növləri haqqında da məlumat verəcəyik. Bunu kiçik iş planımız hesab edirik. Əsas məqsədimiz isə sırf futbolun tətbiqidir. Əyləncəli oyunlar sayəsində qəbələli uşaqlar arasında futbolu kütləviləşdirmək, daha sonra seçimlər apararaq, onlara ilk təməl məşqləri keçməklə akademiyaya hazırlamaq fikrindəyik”.

Xatırladaq ki, Elşən İsgəndərov klub Qəbələyə köçdüyü ilk gündən burada işləyir. Əvəzedicilərlə 1 gümüş və 4 bürünc medala layiq görülən E.İsgəndərov 19 yaşlılarla çempionluq sevinci yaşayıb. O, son iş yeri ilə indikini də müqayisə edib: “Əvvəlki və hazırkı işim arasında böyük fərq var. Əgər əvəzedici komandada intensivlik, fiziki, taktiki, psixoloji hazırlıq öndə dururdusa, kiçikyaşlı uşaqlar üçün tam fərqli iş prinsipləri mövcuddur. Onlara metodikanı öyrətmək önəmlidir. Bizim işimiz başlanğıc, bünövrə sayılır, strukturu düzgün qurmaqdan ibarətdir. Əvəzedicilərdə yalnız futbolçularla işləyirdiksə, burada uşaqlarla yanaşı onların valideynləri, məktəb idman müəllimləri, təhsil şöbəsi ilə sıx təmasda oluruq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.