22 dekabr 2015 14:20

Rəşad Sadiqov: Qəbələ mövsümün qalan hissəsində daha yaxşı oynayacaq

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ" ilin son matçında da qələbə qazana bilmədi. "Qarabağ"la qarşılaşdığınızı nəzərə alsaq, bu heç-heçəni qənaətbəxş saymaq olar?
- Liderə qarşı oynayırdıq. "Qarabağ" çox yaxşı komandadır. İki il ardıcıl ölkə çempionu olub. Buna baxmayaraq, biz layiqli oyun sərgilədik. Maraqlı oyun alındı. Hesabda 1:0 öndə olarkən penaltidən də yararlana bilsəydik, qələbə qazanardıq. Düzdür, rəqibin də qol epizodları var idi. Fikrimcə, heç-heçə də pis nəticə deyil.

- 2015-ci ili "Qəbələ" üçün uğurlu saymaq olar?
- Mən komandanın çıxışına yaxşı qiymət verərdim. Çünki ötən mövsümü üçüncü pillədə başa vurduq. Ardından Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Düzdür, indi komandamız qara zolağa düşüb. Amma bunu aradan qaldıracağıq.

- Bəs son uğursuzluqların səbəbini nədə görürsünüz?
- Avropa Liqasındakı çıxışımız təsirini göstərdi. Biz Avroliqada var gücümüzü qoyurduq. Həmin oyunlardan sonra çempionat matçlarına köklənmək çətin idi. "Qarabağ"da da elə idi. Onlar da Avroliqa oyunlarından sonra az xal itirmədilər. Amma mövsümün qalan hissəsində daha yaxşı oynamağa çalışacağıq.

- "Qarabağ"la oyunda çox erkən qol vurmağınız çıxışınıza nə dərəcədə təsir göstərdi?
- Qoldan sonra biz də oyunumuzu əks-hücumlar üzərində qurduq. Növbəti qolları vurmaq üçün şanslarımız var idi. Bir daha qeyd edirəm ki, penaltini vursaydıq, hər şey fərqli olacaqdı. Amma biz vura bilmədik, "Qarabağ" isə əksinə, daha da ruhlanıb, hesabı bərabərləşdirdi.

- Sizə elə gəlmir ki, Dodo penaltini yerinə yetirərkən tələsdi?
- Bunu ən yaxşı Dodonun özü bilər.

- "Qəbələ"də hələ də Cavid Hüseynovun qayıdışını gözləyənlər var?
- Əlbəttə. O, komandaya lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.