22 dekabr 2015 12:20

Junior Osvaldo: 5-ci yer yaxşı nəticədir

Topaz Premyer Liqasının 18-ci turunda keçirilən “Kəpəz” – “Neftçi” (1:1) oyunundan sonra Junior Osvaldo klub saytına matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu qələbə üçün meydana çıxdıqlarını, amma bu məqsədə çata bilmədiklərini təəssüflə qeyd edib:

“Onu deyə bilərəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Oyunda daha çox qol vurmaq üçün şanslarımız oldu, ancaq təəssüf ki, bundan yararlana bilmədik. Hələlik çempionatın yarısını arxada qoymuşuq, 18 oyun keçirmişik və turnir cədvəlinin 5-ci pilləsindəyik. Məncə, bu, yaxşı nəticədir. Yaxşı istirahət etdikdən sonra səylə hazırlaşıb, mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik”.

“Sarı-göylər”in yarımmüdafiəçisi 90 dəqiqə ərzində komandaya dəstək verən azarkeşlərə təşəkkürünü çatdırıb: “Bütün azarkeşlərə minnətdarıq. Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər. Belə də davam etsinlər. Fanatların dəstəyi ilə uğurlu nəticələrə imza atıb, daha irəliyə gedəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.